Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

Boyukmillet.com-un məlumatına görə, son oyun günündə 1 görüş baş tutacaq. Turun mərkəzi qarşılaşmasında 11 xalla 2 – 3-cü yerləri bölüşdürən “Qəbələ” və “Qarabağ” klubları üz-üzə gələcək. “Azersun Arena”dakı görüş saat 19:00-da başlayacaq.

İki kollektiv indiyədək ölkə çempionatında 50 oyunda qarşılaşıb. Bunların 26-sı Ağdam klubunun, 10-u “qırmızı-qaralar”ın qələbəsi ilə başa çatıb. 14 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də “köhlən atlar”ın aşkar üstünlüyü var – 76:42.

“Qarabağ” son iki qarşılaşmada böyük hesabla qalib gəlib. “Qəbələ” 12 oyundur qələbə qazanmır.

Azərbaycan Premyer Liqası

VI tur

3 oktyabr

19:00. “Qarabağ” – “Qəbələ”

“Azersun Arena”.

Qeyd edək ki, turun açılış oyununda “Zirə” doğma meydanda “Sumqayıt”a qalib gəlib – 1:0. Ötən gün keçirilmiş matçlarda “Neftçi” səfərdə “Səbail”i 3:1, “Keşlə” isə evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.

Check Also

“Neftçi” Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb  

Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib. Boyukmillet.com xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş …