Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Azərbaycan Prezidenti Qazaxıstana rəsmi səfərə dəvət olunub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Boyukmillet.com xəbər verir ki, Qazaxıstanın dövlət başçısı bu barədə Azərbaycan lideri ilə telefon danışığı zamanı bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib, onu prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib.

Check Also

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır – FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş …