Çərşənbə axşamı , 28 May 2024
Drone Cameras

Azərbaycan qılıncoynadanları Tunisdəki Qran-pridə çıxışlarını başa vurublar

Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisi Tunisdə keçirilən Qran-pri turnirində çıxışını başa vurub.

Boyukmillet.com xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta şəxsi yarışdakı ilk görüşündə İtaliya təmsilçisi Manuela Spicanı (15:8) məğlub edib.

Təcrübəli idmançı ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən görüşdə macar Luca Szucsa (14:15) uduzub.

Təsnifat mərhələsini uğurla adlayaraq ən güclü “64-lüy”ə yüksələn Səbinə Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə İtaliya qılıncoynadanı Rossella Qreqorioya 15:14 hesabı ilə qalib gəlib. O, növbəti görüşdə əsas mərhələdə milli komandamızın digər üzvü Palina Kaspiaroviçi mübarizədən kənarlaşdıran fransalı Sara Noutça yenilib – 11:15.

Sevil Bünyatova, Zərifə Hüseynova və Valeriya Bolşakova isə mübarizəni təsnifat mərhələsində dayandırıblar.

Check Also

Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb

Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb. Federasiyadan “Report”a verilən məlumata görə, təmsilçilərimiz Çimkənd şəhərində təşkil olunan …