Şənbə , 27 Aprel 2024
Drone Cameras

Azərbaycan qış turizminin inkişafı ilə bağlı Andorra ilə əməkdaşlıq edəcək

Azərbaycan və Andorra ölkəmizdə qış turizminin inkişafı ilə bağlı anlaşma memorandumu imzalayacaq.

Boyukmillet.com xəbər verir ki, bu məsələ qurumun sədri Fuad Nağıyevin İspaniya və Andorraya işgüzar səfəri çərçivəsində müzakirə edilib.

Müzakirələrdə həmçinin Azərbaycanla İspaniya, Andorra və Bolqarıstan arasında turizm əlaqələrinin inkişaf perspektivləri yer alıb. F.Nağıyev İspaniyanın paytaxtı Madriddə keçirilmiş “FITUR” sərgisində iştirak edib. Sərgi çərçivəsində o, Andorranın turizm-telekommunikasiya naziri Jordi Torres Falco ilə, Azərbaycanın İspaniya və Andoradakı səfiri Ramiz Həsənovun iştirakı ilə görüş keçirib. Görüş zamanı ölkəmizdə qış turizminin inkişafı ilə bağlı müzakirə aparılıb, Andorranın bu sahədə təcrübəsindən istifadə olunmasının əhəmiyyəti, qurumlar arasında qış turizminin inkişafı istiqamətində anlaşma memorandumunun imzalanması istiqamətində tədbirlərin görülməsi haqda müzakirələr aparılıb. Eyni zamanda Azərbaycan Qış İdman Növləri Federasiyasının idmançılarının Andorrada məşqlərə başladığı və ilk dəfə olaraq Dünya Kubokunda iştirak edəcəyi vurğulanıb.

Sərgidə Bolqarıstanın turizm nazirinin müavini İrena Georgiyeva ilə ikitərəfli görüş keçirilib. Görüşdə ölkələr arasında turizm əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsi müzakirə edilib. Həmçinin F.Nağıyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş katibi Zurab Pololikaşvili ilə görüş zamanı Azərbaycanın turizm imkanlarının tanıdılması və postpandemiya dövründə bərpa istiqamətləri haqqında müzakirələr aparılıb.

Daha sonra F.Nağıyev və R.Həsənov Andorraya səfər edib. Burada Andorranın ən böyük turizm operatoru və turizm kurortlarının rəhbəri, qış turizmi üzrə dünyaca məşhur “PGİ” şirkətinin prezidenti Juan Viladomat ilə görüş keçirilib, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

İdmançılarımız xizək alpinizmi idman növü üzrə Andorra Knyazlığında start götürən Xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edərək yarışın şaquli yürüş növündə fərdi bacarıqlarını nümayiş etdiriblər.

Check Also

Dünyanın ən gözəl ölkələrindən birində işləmək istərdinizmi? – FOTO

TÜRKİYƏNİN DİJİTAL NOMAD VİZA PLATFORMASI AKTİVDİR! Canlı şəhərləri və heyrətamiz sahilləri ilə dünyanın ən məşhur …