Cümə axşamı , 9 May 2024
Drone Cameras

Səfir: “Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq”

Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qərbi Azərbaycan İcmasının rəhbər heyəti ilə görüşdə deyib.

“Türkiyə Şuşa Bəyannaməsi ilə əlaqələri müttəfiqlik səviyyəsinə çatdırılmış qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”, – səfir bildirib.

O, bundan sonra da Türkiyənin qardaş Azərbaycanın yanında olacağını vurğulayıb:

“Tarixin hər dövründə çiyin-çiyinə düşmənə qarşı birlikdə hərəkət etmişik”.

“Gələn aylarda Çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün tikilən abidənin açılışı olacaq”-, səfir diqqətə çatdırıb.

C.Bağcı vurğulayıb ki, bölgədə sülhün və təhlükəsizliyin əbədi olması Türkiyə üçün də çox önəmlidir:

“Bu baxımdan görülməli işlər çoxdur”.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …