Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Azərbaycan rəsmən Türkiyənin başlatdığı “Barış Pınarı” anti-terror əməliyyatını dəstəklədiyini açıqladı

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.  

“Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” (Barış pınarı) əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcəkdir”, – deyə XİN-in məlumatında qeyd olunub.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …