Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Azərbaycan səfirliyinə hücum Britaniya İcmalar Palatasında yenidən qaldırılacaq

“Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüflənirik. Bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını”.

Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.

O, səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyi istiqamətində görülən işlərlə maraqlanacağını söyləyib.

Qeyd edək ki, S.Qafarova görüş zamanı Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı narahatlığını ifadə edərək bu hücumun əsas məqsədinin iki ölkə arasında yüksək səviyyəli münasibətlərə xələl gətirmək cəhdinin olduğunu vurğulayıb: “Bu təxribat hərtərəfli araşdırılmalıdır. Səfirliyimizin, diplomatlarımızın qarşılıqlılıq prinsipi əsasında təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir”.

Check Also

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır – FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş …