Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Azərbaycan sərhədini keçən İran vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisindən Azərbaycana keçən İran vətəndaşları saxlanılıb. 

Bu barədə Boyukmillet.com Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …