Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan sərhədini qanunsuz keçmək istəyən Pakistan vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Noyabrın 25-də saat 19:20-də Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1994-cü il təvəllüdlü Pakistan vətəndaşı İqbal Syed Kashıf Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …