Şənbə , 14 Mart 2026
Drone Cameras

Azərbaycan taekvondoçuları İranda 5 medal qazanıb

İranın paytaxtı Tehranda keçirilən taekvondo üzrə Asiya regionu üzrə President Cup turnirinə yekun vurulub.

Boyukmillet.com xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın daha bir təmsilçisi fərqlənib.

87 kq-dan yuxarı çəki dərəcəsində dayanaq üzərinə çıxan Radik İsayev bürünc medala yiyələnib.

Digər taekvondoçulardan Taleh Süleymanov (87 kq) və Fəridə Əzizova (67 kq) gümüş, Eltac Qafarov 74 kq) və Patimat Abakarova (53 kq) bürünc medala sahib olub.

Beləliklə, Azərbaycan yığması “President Cup”u iki gümüş və üç bürünc medalla başa vurub.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …