Çərşənbə axşamı , 25 Fevral 2025
Drone Cameras

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri davam edir 

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” birgə hərbi təlimləri davam edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərin açılış mərasimi Mayor Gela Çedia adına Muxrovani xüsusi məqsədli təlim mərkəzində baş tutub. Açılış mərasimində hər 3 dövlətin himni səsləndirilib.

Tədbirdə Gürcüstan Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Çiçinadze, Gürcüstan Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı polkovnik Teymuraz Klateişvili, həmçinin Azərbaycanın Gürcüstandakı hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Burak Altıner və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, “Qafqaz Qartalı” təlimləri hər il keçirilir.

Check Also

Əsgərin ölümü ilə bağlı cinayət işi başlandı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı …