Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil olunub

Dekabrın 14-də BMT-nin qərargahı Tailandın Banqkok şəhərində yerləşən Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) Nəqliyyat üzrə 4-cü Nazirlər Konfransı hibrid formatda öz işinə başlayıb.

Məlumata görə, iclasda əksər üzv ölkələrin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak edirlər.

Sessiyanın ötən gün keçirilmiş nazirlərin çıxışı seqmentində azərbaycanlı nazir Rəşad Nəbiyevin video formatda çıxışı təqdim olunub. O, çıxışda ölkəmizdə BMT-nin Dayanıqlı inkişaf üzrə gündəliyinin icrası, eləcə də respublikamızın nəqliyyat sahəsində həyata keçirdiyi və təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələr, bu sahədə görülən işlər və əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Check Also

“Huawei” şirkəti Bakıda keçirilən “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti”ndə “Xinghe” Ağıllı Şəbəkəsini istifadəyə verib

“2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üçün “Xinghe” …