Bazar , 27 Aprel 2025
Drone Cameras

Azərbaycan və Gürcüstan arasında humanitar əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, tərəflər ölkələr arasında humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər.

M.Çxenkeli Gürcüstan və Azərbaycanın birgə reallaşdırdığı layihələri müsbət qiymətləndirib. Onun sözlərinə görə, ali təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə elmi araşdırma layihələrinin həyata keçirilməsi əhəmiyyətlidir.

Görüşdə həmçinin mədəniyyət və idman sahələrində də qarşılıqlı əlaqələrin gücləndirilməsinin önəmi vurğulanıb.

F.Quliyev öz növbəsində iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hazırlığını ifadə edib.

Check Also

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. …