Bazar , 29 Mart 2026
Drone Cameras

Azərbaycan və Meksika arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçiriləcək

“Yaxın həftələrdə Azərbaycan və Meksika arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçiriləcək ki, bu da dövlətlər arasında fəal dialoqun aparıldığının bariz nümunəsidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlığa həsr olunmuş tədbirdə deyib.

Diplomat ötən il dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu, gələn il isə Meksikanın Azərbaycanda səfirliyinin açılmasının 10 ilinin tamam olacağını xatırladıb.

Romeronun sözlərinə görə, ölkəsi siyasi dialoqdan tutmuş, qarşılıqlı investisiyalara qədər regionda daha çox iştirakda maraqlı olduğu üçün Bakıda diplomatik nümayəndəlik açmaq qərarına gəlib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …