Cümə , 19 Aprel 2024
Drone Cameras

Azərbaycan və Monteneqro nəqliyyat və innovasiyalar sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Monteneqro nəqliyyat və innovasiyalar sahəsində mövcud ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir.

Boyukmillet.com xəbər veirr ki, bu məsələ Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Bakıda səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç arasında keçirilən görüşdə müzakirə edilib.

“Bu gün ölkəmizdə səfərdə olan Monteneqronun vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə görüşdük. Nəqliyyat və innovasiyalar sahəsində mövcud ikitərəfli əməkdaşlıq məsələləri və əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik”, – deyə nazir əlavə edib.

Check Also

Azərbaycanda ötən il dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluğu aşkarlanıb

2023-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit yoxlamaları və monitorinq nəticəsində …