Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycan və Rumıniya kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Rumıniya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Boyukmillet.com xəbər verir ki, qurumun rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyaya səfər edib, bu ölkənin Kibertəhlükəsizlik Milli Kiberdirektorluğunun rəhbəri cənab Dan Cimpean və digər rəsmilərlə görüşlər keçirib, gələcək mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib.

Tərəflər CERT komandalarının birgə fəaliyyətinin gücləndirilməsi, kibertəhdidlərlə mübarizə, kibertəhlükəsizlik insidentləri barədə məlumat və təcrübə mübadiləsinin aparılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

Check Also

“Huawei” şirkəti Bakıda keçirilən “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti”ndə “Xinghe” Ağıllı Şəbəkəsini istifadəyə verib

“2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üçün “Xinghe” …