Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir.

Boyukmillet.com-un xəbərinə görə, dekabrın 12-si səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin nümayəndələri axın-axın Fəxri xiyabana gəlir, Ümummilli Liderin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyur, ruhuna dualar oxuyurlar.

Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycan müxtəlif rayon və şəhərlərindən gələn sadə vətəndaşlar iştirak edirlər.

Check Also

Xalq artisti Rasim Balayev vəfat edib

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib. Bu barədə  Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib. Xalq …