Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan XİN Keşikçidağda son təxribatla əlaqədar Gürcüstan səfirini söhbətə çağırdı və tələb etdi…

Məlum olduğu kimi, 14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.

DSX-dən baki-xeber.com-a verilən məlumata görə, hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib.

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan məsələ ilə bağlı müvafiq izahat istənib.

Azərbaycan XİN təəssüf hissi ilə qeyd edir ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndirir. Xəbərdə o da bildirilir ki, Azərbaycan XİN qarşı tərəfdən insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsini və görülmüş işlərə dair özünün məlumatlandırılmasını tələb edib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …