Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub.

Boyukmillet.com xəbər verir ki, bu UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəticəsində baş verib.

Qərara əsasən, Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu komandanın apreldə Monteneqro və Malta ilə planlaşdırılmış 2 seçmə oyunu baş tutmayıb. Qonşu ölkə millisi seçmə mərhələdəki növbəti matçlarının da heç birinə buraxılmayacaq və bütün nəticələri qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq.

Qeyd edək ki, Azərbaycan millisi Rusiyaya səfərdə 0:2, evdə isə 0:4 hesabı ilə uduzmuşdu.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …