Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Azərbaycan Yüksək Liqası növbəti turların proqramı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 23-də VII turun matçları keçiriləcək.

Tura saat 15:00-da başlayacaq “Neftçi” – MOİK qarşılaşması ilə start veriləcək. Ardınca “Ekspress” – “Murov” görüşü baş tutacaq.

Fevralın 27-də isə VIII turda ilk olaraq, meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaq. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan sonra MOİK – “Ekspress” duelinə start veriləcək.

Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir.

Check Also

Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub

Azərbaycan Basketbol Federasiyası (ABF) gənc məşqçilər üçün seminarlar və praktiki məşğələlər təşkil edib. ABF-nin mətbuat …