Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Azərbaycana hava yolu ilə daha iki ölkə vətəndaşının giriş-çıxışına icazə verilib

Azərbaycana hava nəqliyyatı vasitəsilə daha iki ölkə və orada daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verilib.

Boyukmillet.com  xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında bununla bağlı dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Belarus və Rumıniya vətəndaşları, orada daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana səfər edə biləcəklər.

Bununla da Azərbaycana hava nəqliyyatı vasitəsilə vətəndaşlarının giriş-çıxışına icazə verilən ölkələrin sayı 68-ə çatıb.

Check Also

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər ləğv edilir. Boyukmillet.com xəbər …