Şənbə , 26 Aprel 2025
Drone Cameras

Azərbaycanda 1783 nəfər koronavirusa yoluxub, 32 nəfər ölüb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3 680 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb.

Check Also

Azərbaycana gətirilən 170 tondan artıq ət məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycana gətirilən bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlanıb. Bu barədə Boyukmillet.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat …