Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanda 297 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 297 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 237 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 915 nəfər müalicə olunaraq sağalıb, 3 250 nəfər vəfat edib. Hazırda 4 095 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 152, bu günə qədər isə ümumilikdə 2 663 151 test icra olunub.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …