Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Azərbaycanda beynəlxalq standartların tətbiq edilməsi müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Baş katibinin müavini Silvio Dulinski ilə görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, görüşdə qurumun rəis müavini İlqar Həsənov keyfiyyət infrastrukturu sahəsində ölkədə görülən işlər, standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi istiqamətində aparılan islahatlar barədə geniş məlumat verib, xüsusilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində müxtəlif sahələrdə yeni standartların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

ISO-nun Baş katibinin müavini Silvio Dulinski keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi və tənzimlənməsində standartlaşdırma sahəsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb, bu sahədə qarşılıqlı əməkdaşlıq layihələrinin və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı həmçinin ISO-nun keyfiyyət təminatı sahəsində siyasəti, qurum çərçivəsində qarşılıqlı əlaqələrin gələcək perspektivləri, beynəlxalq standartların təşviqi, eləcə də təşkilatın illik iclası və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Check Also

Azərbaycan və Çin şirkətləri arasında logistika və turizm sahəsində sənədlər imzalanıb

Bakıda “Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi” mövzusunda keçirilən konfrans …