Bazar , 7 Dekabr 2025
Drone Cameras

Azərbaycanda daha 2406 nəfər koronavirusa yoluxub, 37 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2406 yeni yoluxma faktı qeydə alınıb, 2867 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 445 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5879 nəfər vəfat edib. 52 850 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11550, bu günə qədər isə ümumilikdə 4 563 070 test icra olunub.

Check Also

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan …