Bazar , 27 Aprel 2025
Drone Cameras

Azərbaycanda daha 426 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 330 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib. 10 062 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 877, bu günə qədər isə ümumilikdə 3 392 930 test icra olunub.

Check Also

Azərbaycana gətirilən 170 tondan artıq ət məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycana gətirilən bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlanıb. Bu barədə Boyukmillet.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat …