Bazar , 27 Aprel 2025
Drone Cameras

Azərbaycanda daha 59 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 576 nəfər müalicə olunaraq sağalıb, hazırda 310 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1870, bu günə qədər isə ümumilikdə 6 981 903 test icra olunub.

Check Also

Azərbaycana gətirilən 170 tondan artıq ət məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycana gətirilən bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlanıb. Bu barədə Boyukmillet.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat …