Çərşənbə , 14 May 2025
Drone Cameras

Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Boyukmillet.com xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 275 nəfər müalicə olunaraq sağalıb, 4 975 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8828, ötən müddət ərzində isə ümumilikdə 3 758 131 test aparılıb.

Check Also

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri …