Bazar , 7 Dekabr 2025
Drone Cameras

Azərbaycanda dollara tələbat artıb: – “Əksər məhsulların ölkəyə xaricdən gətirilməsi…”

“Orta və uzunmüddətli dövrdə daxili bazarlarda valyutaya tələbatın artması risklər formalaşdırır”.

Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, ötən ay ölkə daxilində valyuta satışı kəskin artıb. 2019-cu ilin avqust ayı ərzində 815,4 mln. ABŞ dolları satılıb. Bu, Fond tərəfindən iyulda satılan dolların həcmindən 87,5% çoxdur. Ötən ilin avqust ayı ilə müqayisədə isə bu göstərici 11,1% artıb.

Bu artıma təsir edən amillərlə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Yenicag.az-a açıqlama verib.

İqtisadçının sözlərinə görə, təhsil sektorunda istifadə edilən əsas növ məhsulların əksəriyyətinin ölkəyə xaricdən gəririlməsi idxalın həcminin artmasına səbəb olub. Nəticədə daxili bazarda xarici valyutaya tələbat artır.

Valyuta satışının artım riskinin qarşısını almaq üçün həyata keçirilməsi zəruri olan tədbirlərlə aşağıdakı videomaterialdan tanış ola bilərsiniz:

Check Also

Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) müvəqqəti ofisində Qırğızıstan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının …