Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Azərbaycanda elektrik şəbəkəsinə onlayn qoşulmaların sayında artım qeydə alınıb

Azərbaycanda Kommunikasiya Strategiyasının icrası nəticəsində onlayn qoşulmaların sayında əvvəlki dövrlə müqayisədə artım qeydə alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında keçirilən növbəti iclası zamanı bildirilib.

“E-sistem” istifadəçilərinin sayının artırılması, bu istiqamətdə operativliyin təmin olunması, xidmətdə keyfiyyət səviyyəsinin artırılması və vaxt itkisinin qarşısının alınması məqsədilə gələn ay keçiriləcək “EnergyTech” adlı hakatonun təşkili ilə bağlı görülən işlər barədə məlumat verilib.

İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev iclasın gündəliyi haqqında məlumat verib. Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə çıxışında İşçi qrupunun əvvəlki iclaslarında qəbul edilmiş qərarların icrası haqqında fikirlərini bölüşüb.

Gündəliyə uyğun olaraq, İşçi qrupunun katibi tərəfindən “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində, İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planında və “Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyətinə dair hesabatlar təqdim edilib.

“Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulmuş tədbirlər üzrə “Azərişıq” ASC tərəfindən görülmüş işlər müzakirə edilib. Şəbəkələrə qoşulma üzrə onlayn müraciətlərə dair statistik məlumatlar nəzərdən keçirilib.

“Azərişıq” ASC tərəfindən göstərilən elektron xidmətlərin təşkili üzrə qiymətləndirmənin nəticələrinə dair təklif və tövsiyələr müzakirə edilib. Elektron xidmətlərdən istifadənin təbliği və kütləviləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

İclasda Energetika Nazirliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləməsi Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC, “Azərişıq” ASC, “Azərenerji” ASC və işçi qrupuna üzv olan özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Check Also

Qaradağ GES xarici investisiya hesabına tikilən “yaşıl enerji” layihələrinin başlanğıcıdır – ŞƏRH

Ötən ilin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik …