Cümə , 19 Aprel 2024
Drone Cameras

Deputat: “Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur”

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

O, deputata qarşı təşkil edilmiş xain silahlı hücumu şiddətlə qınayıb, qətiyyətlə pisləyib:

“Hüquq-mühafizə orqanları müvafiq tədbirlər həyata keçirir, cinayətkarların, sifarişçilərin və icraçıların müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunacağına və layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur. Azərbaycan müstəqil siyasət həyata keçirən güclü dövlətdir. Heç bir qüvvə qeyri-qanuni və cinayət tərkibli əməllərlə dövlətin prinsipial siyasətinə təsir göstərə bilməz. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, heç kim bizim iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməz!”.

Check Also

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə …