Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycanda generalın işdən çıxarılmasının səbəbi açıqlanıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Şahvələd Əliyevin vəzifəsindən azad edilməsinin səbəbini açıqlanıb.

Dövlət Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, o, səhhəti ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini-Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

Həmin vəzifəyə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Habil Nağıyev təyin edilib.

Check Also

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham …