Cümə , 13 Mart 2026
Drone Cameras

Azərbaycanda koronavirusa 4 403 yoluxma qeydə alınıb

Bu günə olan məlumata görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 403, yeni yoluxma faktı qeydə alınıb, 2 919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, son sutkada 42 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 066, bu günə qədər isə ümumilikdə 1 884 578 test icra olunub.

Check Also

“Crocus City Hall” hücumu ilə bağlı 15 nəfərə ömürlük həbs cəzası verilib

“Crocus City Hall”da baş vermiş hücumla bağlı həbs olunanlara hökm oxunub. RBK-nın məlumatına görə, Qərb Dairə Hərbi …