“Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər layihəsi hazırlanıb. Bununla bağlı Cinayət, Mülki, İnzibati Xətalar məcəllələrinin bəzi bəndlərinə dəyişikliklər ediləcək”.
Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dəyişikliklərlə məişət zorakılığına cinayət nöqteyi-nəzərdən diqqət yetirilib: “Çünki bəzən məişət zorakılığına adi yanaşılır. Bəziləri hesab edirlər ki, əgər qadın zorakılığa məruz qalırsa, bu barədə cinayət işi açmamaq olar. Bu halların aradan qaldırılması istiqamətində qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb”.