Azərbaycanda növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq.
Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, 2023-2024-cü il üzrə tədris planı təsdiq edilib: “Növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq. Bununla da Azərbaycanda məktəblərdə təhsil alan şagirdlərin sayı 2,2 milyonu ötəcək”.
“Ali təhsil pilləsində dövlət sifarişli yerlərin sayının artırılmasına xüsusi önəm veririk. Biz çalışırıq ki, ali təhsil alanların sayını artıraq. Bu proses davam edəcək”, – nazir müavini deyib.