Son vaxtlar ölkədə baş verən dəhşətli cinayət hadisələri cəmiyyətdə ciddi rezonans doğurub. Günahkarların ən ağır formada cəzalandırılması ilə bağlı çağırışlar da artıb. Bəziləri düşünür ki, sərt cəzalar olsa, ağır cinayət hadisələri də azalar.
Boyukmillet.com xəbər verir ki, “arb tv”-də bu barədə maraqlı sujet hazırlanıb.
Vəfa Əkbər – Psixoloq: “Əgər bir insan cinayət törədirsə, demək ki, o, cəzanı hələ də fikirləşməyib və ya cəza onun üçün ən son bir addımdır. Əksər hallarda belə insanlar həmin anda affekt vəziyyətində , nəyi etmək istəyirsə, necə cəzalandırmaq istəyirlərlə öz üsulları ilə cəzalandırırlar”.Bu üsullarında böyük əksəriyyəti xüsusi amansızlıq, zorakılıqla müşahidə olunur ki, zərərçəkən tərəfdə hiddət, qisas almaq kimi hisslərinin formalaşmasına gətirib çıxarır. Hazırda ən sərt cəza ömürlük azadlıqdan məhrum etmə hesab edilsə də, bəzi ekspertlər bunu yetərli hesab etmir.
Şəmsəddin Əliyev – Sabiq polis rəisi: “Dövlət bir vətəndaşının qısasını digər vətəndaşından almağı bacarmalıdır ki, zərərçəkən üçün qisas almağa yer qalmasın. Bu təkcə bir nəfərə, bir ailəyə qarşı edilən bir cinayət deyil. Bu ümumi cəmiyyətə qarşı edilən cinayətdirz”.
Azərbaycan Konsitutsiyasının 27-ci maddəsində, yəni insanların yaşamaq hüquqi ilə bağlı olan bənddə, ölüm hökmünün icrası hələ də mövcuddur. Sadəcə AŞPA-ya üzvlüyə görə, həmin maddənin üzərinə moratorium qoyulub. Yəni icrası bir müddətlik dayandırılıb.Ekspertlər deyir ki, xüsusilə ağır, amansızlıqla və dövlətçilik əleyhinə törədilən cinayətlərin cəzası ölüm hökmü olmalıdır. Bu cəza mexanimzi həm də, psixoloji bariyer rolunu da oynacaq.
Şəmsəddin Əliyev – Sabiq polis rəisi: “Ölüm hökmü cəmiyyətin sağlamlaşdırılması üçün vacib həbdir. Bu hökmün olması ətraf üçün, cəmiyyət üçün, bir vahimə, bir qorxu yaradır ki, cəzanın fəlsəfəsi də məhz budur. Bu həm də ətrafa bir barmaq sirkələmək deməkdir”.
Bəzi mütəxəssislər isə ölüm hökmünün tətbiq olunmasını düzgün hesab etmir. Onların sözlərinə görə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar buna imkan vermir. Eyni zamanda edəm cəzası qüvvədə olan dövlətlərdəki kriminogen duruma baxmaq kifayətdir ki, ölüm hökmünün çıxış yolu olmadığı qənaətinə gəlinsin.
Teymur Baloğlanov – Kriminalist: “Məsələn, ABŞ-ın 17 ştataında ölüm hökmü var. Amma əhalinin hər 10 min nəfərinə düşən ağır cinayətlərin sayı 7 və 7-dən çoxdu. Bizdə isə bu rəqəm 2-yə bərabərdir. Bəzən elə olur ki, ölüm hökmü icra olunur amma həmin adamın ölümündən sonra günahsızlığı üzə çıxır”.
Hazırda dünyanın bir çox ölkəsində ölüm hökmü qalmaqadır. Qərb ölkələrində bu hökm qanuni əsaslarla icra olunduğu halda, şərq ölkələrində bu cəza dini qaydalara görə icra edilir.
İsmayıl Zalov – Ekspert: “Hakim tərəfindən ölüm qərarı çıxarılır. Xüsusi otaqda icra edilir. Cəzanın icra prosesində, şüşəli otaqda onun yaxınları da iştirak edir. Xüsusi tibbi vastələrlə bu cəza icra edilir”.
Qeyd edək ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Həmin vaxt bu cəzaya məhkum olunmuş 127 nəfər məhkum barəsində isə ömürlük həbs qərarı verilib.