Bazar , 7 Dekabr 2025
Drone Cameras

Azərbaycanda onlayn avtobus bileti alanlara işğaldan azad edilmiş ərazilərə səfər üçün icazə avtomatik verilir

Bu gündən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Boyukmillet.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu funksionallığın təmin edilməsi qurum və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.

“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur.

Check Also

Çoxmərtəbəli binalara qazın verilməsi dayandırılacaq: Yeni sistem belə işləyəcək

Azərbaycan 2035-ci ilədək çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılmasını və onların …