Bazar , 28 Aprel 2024
Drone Cameras

Azərbaycanda ötən il dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluğu aşkarlanıb

2023-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

Boyukmillet.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ildə dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin edilib.

Hesabat dövründə “Rəqəmsal Sənəd Dövriyyəsi” alt sistemi, eyni zamanda sistemə qoşulacaq dövlət qurumlarında istifadə ediləcək 22 elektron sənəd dövriyyəsi sisteminin də auditi aparılmış, aşkar edilmiş informasiya təhlükəsizliyi boşluqları və nöqsanları aradan qaldırılması üçün hər bir sistemin sahibinə təqdim edilib.

Check Also

“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq

“TikTok” sosial şəbəkəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi və onun bağlanmasını nəzərdə tutan qanun …