Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. Toplantı bir neçə dəqiqə əvvəl başa çatıb. Azinforum.az-ın əldə etdiyi məlumata görə Siyasi Şura Parlamentin buraxılması ilə bağlı müraciətin olunması qərarını qəbul edib və YAP-ı təmsil edən deputatlardan bu qərərarı dəstəkləmələri tələb edilib. Hakim partiyanın bu davranışı Parlamentin buraxılacağı və yeni seçkilərin keçiriləcəyinə şübhə yeri qoymur. Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.
Check Also
Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …
Boyukmillet.com Biz yanmasaq vətən yanar