Çərşənbə , 8 May 2024
Drone Cameras

Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir

“Azərbaycanda pensiya təminatı 2017-ci ildən sərtləşib”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, Azərbaycanda demoqrafik vəziyyət dəyişib:

“5 və 5-dən çox uşağı olan ailələrin sayı azalıb. Biz artıq çoxuşaqlı ailələr məhfumuna yenidən baxmalıyıq”.

Deputat vurğulayıb ki, son 30 ildə Azərbaycanda pensiya yaşının dəyişdirilməsi elə ciddi dəyişikliklərə məruz qalmayıb:

“30 il ərzində ömür uzunluğu 2 yaş artıb. Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş olmalıdır”.

Check Also

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …