Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Azərbaycanda poçt ödənişlərinin təsdiqinə dair çıxarışı 5 il ərzində əldə etmək mümkün olacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası 4 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları”nda dəyişiklik edib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra vətəndaşlar sözügedən sistemlə həyata keçirdikləri ödənişlərin təsdiqinə dair çıxarışları 5 il ərzində əldə edə biləcəklər. İndiyə qədər bu müddətə məhdudiyyət yox idi.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Check Also

“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq

“TikTok” sosial şəbəkəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi və onun bağlanmasını nəzərdə tutan qanun …