Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Azərbaycanda polis məhkəmə katibini döyüb

Azərbaycanda toyda polis əməkdaşı məhkəmə katibini döyüb.

Boyukmillet.com xəbər verir ki, hadisə iyunun 4-də Kürdəmir rayonundakı şadlıq saraylarının birində keçirilən toy mərasimində qeydə alınıb.

Belə ki, toyda qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Nəticədə V.Kərimov məhkəmə işçisini vuraraq ona xəsarətlər yetirib.

Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ilk xəbəri “qafqazinfo” saytı yayıb.

Check Also

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində …