Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Azərbaycanda saxlanılan Qırğız Respublikasının 4 vətəndaşı ölkələrinə təhvil verilib

Azərbaycanda saxlanılan Qırğız Respublikasının 4 vətəndaşı ölkələrinə təhvil verilib.

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib.

Azərbaycan Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.

Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir.

Check Also

Samuxda narkokuryerlik edən şəxsdən 16 kiloqrama yaxın narkotik aşkarlanıb

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, …