Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanda siqaret çəkən qadınlarla bağlı rəqəmlər açıqlandı

ÜST-ün saytında Azərbaycanda tütünlə mübarizəyə dair görülən işlər ölkələrin uğurlu təcrübələri sırasında paylaşılıb.

Səhiyyə Nazirliyi xəbər verir ki, Tütünə qarşı Mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının saytında Azərbaycanda tütünlə mübarizə tədbirlərinə dair məlumat yerləşdirilib. “Tütünə qarşı Mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasının 14-cü maddəsinin və onun həyata keçirilməsinin Rəhbər Prinsiplərinin yerinə yetirilməsində ölkələrin uğurlu təcrübələri” adlı kitabda (“Good country practices in the implementation of WHO FCTC Article 14 and its guidelines” https://www.who.int/fctc/implementation/) Azərbaycanla yanaşı, tütünlə mübarizə istiqamətində bir sıra ölkələrdə görülən tədbirlərlə bağlı məlumat dərc olunub.

“Azərbaycan: tütündən imtinaya dair qanunvericilik bazası” başlığı ilə verilən materialda ölkədəki vəziyyət qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycanda İSİM tərəfindən aparılan Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (2016-cı il) və Qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə 2-ci Milli Tədqiqatın (2017-ci il) nəticələrinə əsasən, tütünçəkənlər arasında kişilər (48.8%) qadınlar ilə (0.2%) müqayisədə üstünlük təşkil edib. Eyni zamanda, kişilərin 28,4%-i iş yerlərində, qadınların isə 23,3%-i evlərində daha çox ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə (passiv tütünçəkmə) məruz qalıb. Tədqiqat zamanı bəlli olub ki, siqaret çəkən kişilərin təxminən yarısı əvvəlki illər ərzində siqaretdən imtina etməyə çalışıblar.

Məlumatda həmçinin 2017-ci ildə “Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun”un qəbul edilməsi ilə ölkədə aparılan tütünlə mübarizə tədbirlərinin gücləndirilməsindən bəhs edilib. Qanunda elektron siqaret və qəlyanın digər tütün məmulatlarına bərabər tutulması, tütün məmulatlarının və tütün istifadəsi prosesinin televiziya və videofilmlərdə, teatr tamaşalarında və s. bu kimi audiovizual əsərlərdə zərərli vərdişin reklamı kimi qəbul edilərək nümayişinin qadağan olunması, sağlam həyat tərzinin təşviqi, tütün istifadəsinin və ətraf mühitdə tütün tüstüsünün zərərli təsirlərinin azaldılması və siqaretdən imtina edilməsinə dəstək verilməsi məsələləri kimi müddəaların yer almasının təqdirəlayiqliyi vurğulanıb.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …