Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda şirkətdən 115 min manatlıq traktor oğurlanıb

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rafiq Allahyarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Boyukmillet.com “Report”a isdinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, R.Allahyarov 2015-ci il iyunun 21-23-də zərərçəkmiş şəxsə məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, ümumi ölçüsü 0,24 ha təşkil edən 1674-A nömrəli bağ sahəsini qanunsuz qazdırıb və 91 800 manat dəyərində qumunu daşıtdırıb.

Bundan başqa, o, həmin ərazidə ümumi dəyəri 105 300 manat məbləğində müxtəlif növ ağacları məhv edərək zərərçəkmişə ziyan vurub.

Həmçinin istintaqla müəyyən edilib ki, R.Allahyarov 2019-cu il fevralın 3-ü saat 04 radələrində şirkətlərdən birinin rəhbərinin Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanındakı satış mərkəzindən 115 000 manat dəyərində traktorunu oğurlayıb.

Eyni zamanda, o, 2019-cu il dekabr ayının sonlarından 2020-ci il yanvarın 12-dək olan müddət ərzində zərərçəkmişə məxsus “Qurd dərəsi” bağlar ərazisində yerləşən bağ evinin darvazasının qıfılını qıraraq qanunsuz daxil olub. Təqsirləndirilən şəxs oradan ümumi dəyəri 6 930 manat məbləğində dəmir su çəni, dəmir boru, dəmir şveller, dəmir qapı, mişar daşı və.s əşyalar oğurlayıb.

İstintaq orqanı tərəfindən R.Allahyarovun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 186.2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə dindirilən R.Allahyarov ittiham üzrə özünü qismən təqsirli bilib və əməllərindən peşmandır.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …