Bazar , 23 Fevral 2025
Drone Cameras

Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verildi – RƏSMİ

Bu gündən ölkə ərazisində polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, reydlərin keçirilməsi mayın 1-dən ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejimin tələblərinə uyğun həyata keçirilir: “Reydlərdə vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur. Bu qaydalara riayət etməyən vətəndaşlarımız barəsində inzibati qaydada tədbirlər görüləcək. Eləcə də tibbi maskadan istifadə etməyənlərin ictimai nəqliyyata və qapalı məkanlarına girişinə məhdudiyyətlər qoyulacaq”.  /APA/

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …