Bakıda koronavirus xəstəliyi ilə şübhəli bilinən üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə “oxu.az”a açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.
O bildirib ki, müraciət edənlərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, bir nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakültəsində təhsil alan Çin vətəndaşı, digəri isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır:
“Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb. Onların analiz nəticələrində şübhəli bilinən məqam təsdiq olunmadığı üçün evə buraxılıblar. Yanvarın 27-də Klinikaya daxil olan çinli tələbənin yoxlanışları isə davam etdirilir.
Ondan alınan analizlərin cavabı da mənfi gəlib. Şəxs özünü yaxşı hiss edir. Yaxın günlərdə evə buraxılacaq”.