Bazar , 29 Mart 2026
Drone Cameras

Azərbaycanda universitet müəlliminin evindən 50 min manat oğurlanıb

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib.

Boyukmillet.com-un əldə etdiyi məlumata görə, hadisə 2021-ci ilin aprel ayında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb.

Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Quliyeva və X.Məmmədov saxlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …