Şənbə , 14 Mart 2026
Drone Cameras

Azərbaycanda velosiped yarışı koronavirusa görə təxirə salındı

Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb.

Federasiyadan verilən məlumata görə, bu, koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilib. 

Bundan başqa, martın 7-8-də nəzərdə tutulan şose velosipedi üzrə Bakı Kubokunun 1-ci mərhələsi də təxirə salınıb

Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …