Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Azərbaycandan Qazaxıstana ekstradisiya edilən qaçaqmalçı cinayətkar qrupun liderinin kimliyi məlum olub

Azərbaycandan Qazaxıstana ekstradisiya edilən qaçaqmalçı cinayətkar qrupun liderinin kimliyi məlum olub.

 Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata əsasən, Baş Prokurorluq tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Qazaxıstan Baş Prokurorluğunun vəsatəti əsasında Azərbaycan ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin üç ay müddətinə Qazaxıstana verilməsi haqqında qərar qəbul olunub.

Bildirilib ki, Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən istintaqı aparılan cinayət işi üzrə Rinat Qabitovun mütəşəkkil dəstənin yaradılması, təkrar törədilən iqtisadi qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən boyun qaçırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Vurğulanıb ki, Rinat Qabitov aprelin 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, Qazaxıstan Baş Prokurorluğu Azərbaycandan qaçaqmalçı cinayətkar qrupun liderinin ölkəsinə ekstradisiya olunması barədə məlumat yayıb.

Check Also

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində …